MC&S-in media monitorinq qrupu 01-31 yanvar 2019-cu il dövrü üzrə məlumatların hesabatına yekun vurub.

İqtisadiyyat.Az Fins.az-a istinadən xəbər verir ki, media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb.

Qeyd edək ki, Şirkətin media monitorinq qrupu 12 Televiziya, 55 çap və 600 on-line media daxil olmaqla 667-dən çox mənbəni, eyni zamanda sosial şəbəkələri izləyir. Şirkət hazırda 20 sektorun, o cümlədən Enerji-yanacaq, Telekommunikasiya, Bank, Sığorta, Otelçilik və Turizm, İnşaat, Ərzaq, Tibb, İçki, Avtomobil, Təhsil və sair sahələrin media monitorinqini aparır.

Aparılan araşdırmadan belə bəlli olub ki, ölkədə adı ən çox hallanan sığorta şirkətləri aşağıdakılar olub.

Sığorta sektoru

Atəşgah 176

Standard 157

PAŞA 127

Azərsıgorta 119

AXA MBASK 105