"Qardaş Türkiyənin Daxili İşlər Nazirliyi yaxınlığında baş verən terror hücumunu kəskin şəkildə pisləyirik".

İqtisadiyyat.az xəbər verir ki, bu, Azərbaycanın Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsində hesabında paylaşım edilib.

"Terrorizmə məruz qalan ölkə kimi Türkiyə ilə həmrəy olduğumuzu bildirir, terrorizmin bütün forma və təzahürlərinə qarşı mübarizəni hər zaman dəstəkləyirik", - paylaşımda qeyd edilib.