“Biz İsrail-Fələstin münaqişəsi zonasında mülki şəxslərə qarşı zorakılığı pisləyirik”.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in X hesabında bildirilib

“Həm İsraildə, həm də Qəzza zolağında çoxsaylı mülki şəxslər arasında faciəvi şəkildə həlak olanlara görə başsağlığı veririk. Biz vəziyyətin təcili olaraq deeskalasiyasına çağırırıq” – XİN bildirib.