Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 126,1 milyon ABŞ dolları dəyərində ayaqqabı idxal edib.
İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 40,7 milyon dollar və ya 47,8 % çoxdur.
Qeyd edək ki, bu dövrdə Azərbaycan 384,6 milyon ABŞ dolları dəyərində geyim əşyaları və geyim üçün ləvazimatlar idxal edib.
Gözəl Həşimova