Azərbaycan bu ilin yanvar-noyabr aylarında Portuqaliyaya 242,6 milyon dollar dəyərində 366,7 min ton neft ixrac edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 64%, dəyər baxımından isə 499,9 milyon dollar və ya 67,3% azdır.

Əlavə edək ki, hesabat dövründə iki ölkə arasında ticarət dövriyyəsi 254,7 milyon dollar təşkil edib.

 

Gözəl Həşimova