Azərbaycan Premyer Liqasında mövsümün ilk yarısında keçirilən 90 matçda 14 əsas hakim idarəçilik edib. 

İqtisadiyyat.az saytının araşdırmasına görə mövsümün ilk yarısında Premyer Liqa matçlarında ümumilikdə 409 vərəqə göstərilib. 382 dəfə sarı vərəqə göstərən hakimlər, 27  dəfə qırmızı vərəqəyə müraciət ediblər.

Premyer Liqada ən çox oyun idarə edən baş hakim FİFA referisi Əliyar Ağayevdir. 10 matç idarə edən hakim 41 sarı və 2 qırmızı vərəqədən istifadə edib.

Ən çox oyuna çıxan 2-ci hakim isə Elçin Məsiyevdir. 9 matçda fit çalan baş hakim cibindən cəmi 38 vərəqə çıxarıb: 35 sarı və 3 qırmızı.

Premyer Liqanın 1-ci yarısında ən çox vərəqədən istifadə edən hakim isə Nicat İsmayıllıdır. Ümumilikdə 8 matçda 47 sarı, 7 qırmızı vərəqə göstərən baş hakim bu göstəricidə birincidir.

Ən az oyun idarə edən baş hakim isə hərəyə 1 oyun idarə edən Cavid Cəlilov və Kamranbəy Rəhimovdur.

Qırmızı vərəqəyə müraciət etməyən iki baş hakim olub. 6 matçda meydana çıxan Vüqar Həsənli və 1 matç idarə edən Kamranbəy Rəhimov meydandan heç kimi qovmayıb.

Premyer Liqanın ilk yarısında ən çox vərəqə göstərilən matç isə "Zirə" ilə "Kəpəz" arasında oynanılan 18-ci tur matçıdır. Bu matçda ümumilikdə 18 vərəqə gostərilib. 14 sarı, 4 qırmızı vərəqənin göstərildiyi matçda baş hakim Nicat İsmayıllı olub.

Ümumilikdə mövsümün ilk yarısında hakimlərin statistikası aşağıdakı kimidir.

1)Əliyar Ağayev: matç sayı - 10 

 sarı - 41 qırmızı -2

2)Rauf Cabbarov: matç sayı - 6  

sarı - 24 qırmızı -1

3)Kamal Umudlu: matç sayı - 6  

sarı - 26 qırmızı -1

4)Elçin Məsiyev: matç sayı - 9 

 sarı - 35 qırmızı -3

5)Rəşad Əhmədov:matç sayı - 7 

 sarı - 27 qırmızı -1

6)Tural Qurbanov: matç sayı - 8 

 sarı - 39 qırmızı -4

7)Rauf Allahverdiyev: matç sayı -8 

 sarı -32 qırmızı-1

8)Fərid Hacıyev: matç sayı -8  

sarı -31 qırmızı -2

9)Nicat İsmayıllı: matç sayı -8 

 sarı -47 qırmızı -7

10)İnqilab Məmmədov:matç sayı -6 

sarı - 31 qırmızı -2

11)Vüqar Həsənli: matç sayı -6 

 sarı - 21 qırmızı -0

12)Rəvan Həmzəzadə:matç sayı -6

  sarı -19 qırmızı-2

13)Cavid Cəlilov: matç sayı -1  

sarı - 5 qırmızı -1

14)Kamranbəy Rəhimov: matç sayı -1 

 sarı - 4 qırmızı -0