Bu il avqustun 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,83bənd təşkil edib.

Azərbaycan Mərkəzi Bankı (AMB) xəbər verir ki, bu, iyulun 1-i ilə müqayisədə 0,11 bənd, yanvarın 1-nə nisbətən 0,65 bənd, ötən ilin avqustun 1-nə nisbətən isə 0,88 bənd azdır. 

AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.report