Bu ilin I yarısında Azərbaycanda 33 803,9 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal edilib.

Dövlət Statistika Komitəsi xəbər verir ki bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,7% azdır.

6 aylıq ÜDM-in 23 043,5 milyon manatlıq hissəsi qeyri-neft-qaz sektorunun payına düşüb. Bu 1 il əvvələ nisbətən 2,5% azdır.

Hesabat dövründə ölkədə adambaşıma düşən ÜDM -in dəyəri isə 3,4% azalaraq 3 393,7 manata düşüb.report