Bu ilin I rübündə Azərbaycanın xalis maliyyə öhdəliklərinin artımı 132,6 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 87,25% azdır.

Bu barədə Azərbaycan Mərkəzi Bankı xəbər verir. Məlumata görə, xalis maliyyə öhdəliklərinin artımı Azərbaycana cəlb olunmuş birbaşa investisiyaların 1 188,3 milyon ABŞ dolları artımı (46,9% çox), cəlb olunuş investisiyaların 999,9 milyon ABŞ dolları repatriasiyası (35% çox), neft bonusunun 451,6 milyon ABŞ dolları artımı (0,2% çox), portfel investisiyalarının 50,2 milyon ABŞ dolları azalması (3,6 dəfə çox) və digər investisiyaların 457,2 milyon ABŞ dolları azalması (1 il bundan əvvəl artım olub) hesabına baş verib. Report