U-21 gənclər arasında Azərbaycan birinciliyinin komanda yarışları keçirildi

İqtisadiyyat.az xəbər verir ki, 24 fevralda Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində U-21 gənclər arasında Azərbaycan birinciliyinin qarışıq komanda yarışı baş tutub. 

Yarışda 2 komandadan 18 idmançı medallar uğrunda mübarizə aparıb. Qızlar -57 kq., -70 kq. və +70 kq. çəki dərəcələrində, oğlanlar isə -73 kq., -90 kq. və +90 kq. çəki dərəcələrində güclərini sınayıblar.

Atilla İdman Klubu İdman Birliyi ilə Neftçi İdman Klubu arasında keçən yarışın nəticəsində Atilla İdman Klubu İB 5:1 və 4:2 hesabı ilə qalib gələrək komanda yarışlarının kubokunu və qızıl medallarını qazanıb.