Bu il iyulun 1-nə Azərbaycan banklarına əmanət qoyuluşu 7 mlrd 706,4 milyon manat təşkil edib. 

Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, bu, iyunun 1-i ilə müqayisədə 0,6% çoxdur. 

İlin əvvəlinə nisbətən banklara əmanət qoyuluşu 10,8% az, son 1 ildə isə 11,8% azalıb.report