2019-cu ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin bank xərci 24,65 milyon manat təşkil edib.

Bu barədə qurum xəbər verir. 

Məlumata görə, bu, 2018-ci illə müqayisədə 60,5% çoxdur. 

Ötən il Agentliyin bank xərci ümumi xərclərinin 2,3%-ni təşkil edib. Bu nisbət əvvəlki il 1,5% olub. Report