Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Fransa xarici işlər naziri Katrin Kolonnanın iddialarına cavab verib.

İqtisadiyyat.az xəbər verir ki, o, bu barədə "X"də paylaşım edib.

"Fransa xarici işlər naziri Katrin Kolonnanın Ermənistanda keçirdiyi görüşlərdə "blokada" və "məcburi köçkün" iddiaları sülhə xidmət etmir.

Onun “Fransa hər zaman Ermənistanın yanındadır” ifadələri nəhayət ki, Fransanın vicdanlı broker və neytral vasitəçi olmaq iddiaları üzərindən bütün maskaları yırtdı", - paylaşımda qeyd edilib.