"Fransanın erməni sakinlərinin məcburi köçürülməsi ilə bağlı iddiaları BMT, Beynəlxalq Qızıl Xaç Komitəsi, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) məlumatları ilə ziddiyyət təşkil edir".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə "X"də paylaşım edib.

"Fransa azərbaycanlılara qarşı kütləvi deportasiyalar, hərbi cinayətlər və qırğınları heç vaxt diqqətə almayıb", - paylaşımda qeyd edilib.