“AXA Mbask” Sığorta Şirkəti ASC-nin nizamnamə kapitalı 3 399 800 manat və yaxud 14,2% azaldılıb. 

Maliyyə qurumunun kapitalı 23 933 828 manatdan 20 534 028 manata düşüb. 

Kapital azalması üçün “AXA Mbask”ın dövriyyədə olan, hər birinin nominal dəyəri 382 manat olan səhmlərinin sayı 65 654-dən 53 754-ə endirilib. 

Xatırladaq ki, “AXA-Mbask” 1992-ci ildə “Mbask” sığorta şirkəti kimi fəaliyyətə başlayıb, 2010-cu ildə əsas səhmdarının dəyişməsi ilə əlaqədar rebrendinq edib. Azırbaycanın sığorta bazarının tərk etməyə hazırlaşan şirkətin səhmləri 100% Fransanın “AXA” qrupunun İspaniyadakı törəmə cəmiyyəti olan “AXA Seguros Generales, S.A., De Seguros Y Reaseguros”a məxsusdur.report