Yanvar-aprel aylarında Azərbaycanda avtomobillərin icbari sığortası üzrə toplanan məbləğ azalıb.

Bu dövrdə avtomobillərin icbari sığortası üzrə cəmi 32 milyon manat sığorta haqqı toplanıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyon manat azdır.

Bu sığorta növü üzrə müqavilələrin sayında isə 20 min azalma var.

Pandemiyanın təsiri səbəbindən ölkədən xaricə gediş-gəlişlərin azalması özünü «Yaşıl kart» üzrə müqavilələrdə də göstərib. Belə ki, bu sahədə müqavilə sayı və toplanan sığorta haqlarının həcmi azalıb.

Əvəzində yük avtomobillərinin sığortasında artım var.(FED.az)