Azərbaycanın Avstriya və Sloveniyadakı səfiri Rövşən Sadıqbəyli Vyanada Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol ilə görüşüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə azərbaycanlı diplomat "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Görüş zamanı tərəflər IEA-nın fəaliyyətinə, enerji balansının şaxələndirilməsinə, bərpa olunan enerji mənbələrinin roluna və iqlim dəyişikliyi problemlərinin həllinə toxunublar.

Türkiyənin BMT-nin Vyana ofisindəki daimi nümayəndəsi Levent Ehler də görüşdə iştirak edib.