"Mövcud şəraitdə düzgün işləməsi üçün Şengen Sazişinin bütün aspektləri dəyişdirilməlidir". 

İqtisadiyyat.az xəbər verir ki, bunu Avstriyanın federal kansleri Karl Nehammer Bolqarıstanın Baş naziri Nikolay Denkovla danışıqların yekunlarına dair mətbuat konfransında deyib.

"Əlbəttə, bugünkü görüşün mövzusu Şengen zonasının genişləndirilməsi idi. Avstriya burada aydın mövqe tutur: onun genişlənməsi indi baş verə bilməz", - Nehammer vurğulayıb.

"Hazırda Şengen sistemi pozulub", - Avstriya kansleri bildirib. 

Onun sözlərinə görə, bütün Şengen sisteminin yenilənməyə ehtiyacı var.

Nehammerə görə, Şengen sazişi xarici sərhədlərin möhkəmləndirilməsi və Şengen ərazisinə daxil olmayan tranzit ölkələrlə qeyri-qanuni miqrantların deportasiyasına dair sazişlərin bağlanması ilə daha işlək hala gətirilə bilər.