İyun ayında avrozonada işsizlik səviyyəsi sabit olaraq 6,4 faiz təşkil edib.

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, Avropa Statistika İdarəsi (Eurostat) və Avropa İttifaqı (Aİ) avrozona üzrə iyun ayı üzrə işsizlik göstəricilərini dərc edib.

Hesabata görə, Avropa İttifaqında işsizlərin sayı 12 milyon 802 min nəfər olduğu halda, onlardan 10 milyon 814 mini avro bölgəsindədir. Avro bölgəsində may ayında 6,4 faiz olan işsizlik səviyyəsi iyun ayında dəyişməz qalıb. İyunda işsizlik nisbəti İspaniyada 11,7 faiz, Yunanıstanda 11,1 faiz, İsveçdə 7,5 faiz, İtaliyada 7,4 faiz, Fransada 7,1 faiz və Almaniyada 3 faiz təşkil edib.

Qeyd edək ki, ötən ilin iyununda işsizlik səviyyəsi avro bölgəsində 6,7 faiz, Avropa İttifaqında 6,1 faiz təşkil edib.

Gülşən Şərif

İqtisadiyyat.az