Bu ilin I rübündə avrozonada ümumi daxili məhsul (ÜDM) ötən ilin eyni dövrü ilə müqayisədə 3,1% azalıb.

Bu barədə Avropa Statistika İdarəsi ("Eurostat") xəbər verir. 

Məlumata görə, ötən ilin IV rübü ilə müqayisədə isə azalma 3,6% olub. 

Hesabat dövründə Avropa İttifaqında ÜDM illik müqayisədə 2,6%, rüblük müqayisədə isə 3,2% azalıb. İttifaq ölkələrində İrlandiya, Bolqarıstan və Rumıniyanın iqtisadiyyatı müvafiq olaraq 1,2%, 0,3% və 0,1% böyüyüb, Fransa və İtaliyanın iqtisadiyyatı 5,3%, İspaniya və Slovakiyanın iqtisadiyyatı isə 5,2% azalıb.