Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyen noyabrın 18-də Misir və İordaniyaya səfər edəcək. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sözçüsü Erik Mamer məlumat verib.

"O, əvvəlcə Qahirədə Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşəcək, sonra Aİ-nin humanitar yardımının gəlişini qarşılamaq üçün Sinay bölgəsinə gedəcək", - Mamer qeyd edib.

AK rəhbərinin Əmmanda İordaniya Kralı II Abdulla ilə görüşü planlaşdırılır.