Macarıstan 6 ay müddətində Avropa İttifaqı (Aİ) üzvləri arasında rotasiya üzrə sədrlik edəcək.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, bu gündən etibarən Macarıstan mandatı Belçikadan götürüb.

Bu dövrdə Macarıstanın prioritetləri Aİ kənd təsərrüfatı siyasəti, ardıcıl və ləyaqətə əsaslanan genişlənmə siyasəti, demoqrafik problemlərin həlli, qeyri-qanuni miqrasiyanın qarşısının alınması, Avropanın müdafiə siyasətinin gücləndirilməsi, üzv dövlətlər arasında birləşmə siyasətinin gələcəyinin formalaşdırılmasıdır.

Qeyd edək ki, Macarıstan hökuməti son illərdə ölkədə demokratik prinsiplərin aşağı düşməsi səbəbilə Aİ administrasiyası ilə gərginlik yaşayır.

 

Gözəl Həşimova