Bu gün iki Avropa aviaşirkəti - İrlandiyanın loukoster şirkəti “Ryanair” və onun Macarıstandakı rəqibi “Wizz Air” bir ayda rekord sayda sərnişin daşıdığını bildirib.

İqtisadiyyat.az bu barədə rus mediasına istinadən məlumat verir.

“Ryanair” iyul ayında 18 milyon insanı daşıdı ki, bu da şirkət üçün aylıq rekord hesab olunur. Ötən ilin iyul ayı ilə müqayisədə şirkətin sərnişin daşınması 11% artıb.

Şirkətin uçuşları üçün yük əmsalı 96% təşkil edib. Öz növbəsində “Wizz Air” iyul ayında 94,9% uçuş yükü əmsalı ilə rekord sayda 6 milyon sərnişin daşıdığını qeyd edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə nəqliyyatın hərəkətində artım 19,8% təşkil edib.