Moskva birjasında avro 2022-ci il martın 28-dən bəri ilk dəfə olaraq 103 rubla qədər bahalaşıb.

İqtisadiyyat.az xəbər verir ki, Moskva vaxtı ilə saat 17:54-ə olan məlumata görə, avro 1,8% artaraq 103 rubl təşkil edib.

Daha sonra avro 102,89 rubla (+1,69%) enib, dollar 1,97% bahalaşaraq 94,15 rubla, yuan isə 13,05 rubla  (+1,66%) bərabər olub.

Çərşənbə günü səhər Moskva birjasında dollar 28 mart 2022-ci ildən bəri ilk dəfə olaraq 94 rublu ötüb.