Ukrayna ordusu Donetsk vilayətinin Avdiyivka istiqamətində Rusiya mövqelərini minaatanlardan atəşə tutaraq cəbhə xəttindəki qoşunlara dəstək verir.

İqtisadiyyat.az bildirir ki, bu barədə dünya mediasında məlumat yayılıb.

Burada fəaliyyət göstərən Ukrayna Silahlı Qüvvələrinin 35-ci Dəniz Piyada Briqadasının qrupları qoşunların cəbhə xəttində irəliləyişini təmin edir.

Ordudakı kəşfiyyatdan alınan koordinatlara görə, sözügedən qruplar Rusiya qüvvələrinin mövqelərini ağır minaatanlardan atəşə tutur.

Döyüş bölgəsindəki vəziyyəti izləyən AA komandası Avdiyivka istiqamətində atışmalara baxıb və Ukrayna əsgərlərindən proseslə bağlı məlumat alıb.