2020-ci ilin yanvar-oktyabr aylarında ATM-lər vasitəsilə 1 milyard 663 milyon manat, POS-terminallar vasitəsilə isə 86 milyon manat nağd pul çıxarılıb.

Mərkəzi Bankdan verilən məlumata əsasən, ATM-lər vasitəsilə çıxarılan pulun həcmi ötən ayın göstəricilərinə nisbətən 2,5 faiz, ilin əvvəli ilə müqayisədə isə 31,3 faiz artıb. Ölkədə ATM-lər vasitəsilə aparılan əməliyyatların ümumi sayı 6,9 milyondur.

POS-terminallar vasitəsilə çıxarılan nağd pulun həcmi ötən aya nisbətən 21,8 faiz azalıb. Buna baxmayaraq, ilin əvvəli ilə müqayisədə bu həcm 32,3 faiz artıb. POS-terminallar vasitəsilə aparılan nağd pulun çıxarılması üzrə əməliyyatların sayı 16 min olub.

Eləcə də, ATM-lər vasitəsilə aparılan nağdsız ödənişlərin həcmi 21 milyon manat, POS-terminallar vasitəsilə 200 milyon manat təşkil edib.