İspaniya millisinin müdafiəçisi Robin Le Norman karyerasını "Atletiko"da davam etdirəcək.

İqtisadiyyat.az xəbər verir ki,  bu haqda insayder Fabrizio Romano məlumat yayıb. Madrid klubu 27 yaşlı futbolçunun transferi üçün 30 milyon avro ödəyəcək.

Le Norman 2016-cı ildən "Real Sosyedad"da çıxış edir. Son klub mövsümündə o, 43 matçda iştirak edib və 2 qol vurub.

Transfermarkt onun transfer dəyərini 40 milyon avro qiymətləndirir.