Şimali Makedoniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani ayrı-ayrılıqda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşüb.

İqtisadiyyat.az xəbər verir ki, o, bu barədə “X” hesabında yazıb.

“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla ayrı-ayrı görüşlər keçirdim. Konstruktiv və əhatəli dialoqun davamlı sülhə aparan yeganə yol olduğunu vurğuladım”, - paylaşımda qeyd olunub.