"Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası prosesini alqışlayır".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici işlər, Avropa işləri və ticarət naziri Yan Borq  İrəvanda keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, danışıqlar konstruktiv şəraitdə keçməlidir: “Biz Ermənistanla Azərbaycan arasında delimitasiya prosesini dəstəkləyirik”.

 

Gözəl Həşimova