"İsrail əsgərləri Qəzzada saxlanılan bəzi girovların azad edilməsinə dair razılaşmanın icrası zamanı anklav daxilindəki mövqelərində qalacaq". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari məlumat verib.

"Atəşkəs başlayan andan bizim qüvvələrimiz Qəzza zolağı daxilində atəşkəs xəttində olacaq. Onlar müqavilənin bir hissəsi kimi dəqiqləşdirilmiş və razılaşdırılmış bu sərhədlər boyunca hərəkət edəcəklər", - o, axşam brifinqində bildirib.