“AtaSığorta” ASC 2020-ci ilin birinci yarımili üzrə maliyyə nəticələrini açıqlayıb. 

Şirkətdən verilən məlumata əsasən cari ilin yanvar-iyun ayları ərzində “Atasığorta”nın ümumi sığorta haqqı yığımları 7,3 milyon manat təşkil edib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə ümumi sığorta haqqı yığımları 2,1 milyon manat (22,3%) azalıb. 

Bu dövrdə “AtaSığorta” ASC 4,8 milyon manata yaxın sığorta ödənişi həyata keçirib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə sığorta ödənişlərində azalma 2,4 milyon manat (32,9%) olub. Hesabat dövründə şirkətin xalis mənfəəti 591 840 manat olub.

Xatırdladaq ki, “AtaHolding” şirkətlər qrupuna daxil olan “AtaSığorta” ASC 2004-cü ildən sığorta sektorunda fəaliyyət göstərir. Şirkət 30 sığorta növü - 26 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. 

İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. “AtaSığorta” ASC-nin xidmət şəbəkəsinə 90-dan artıq filial, nümayəndəlik və satış ofisləri daxildir. Şirkətin nizamnamə kapitalı 14,6 milyon manat təşkil edir.FED.az