Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyanla Cənubi Qafqaz regionunda təhlükəsizliklə bağlı məsələləri müzakirə edib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.

"Oktyabrın 2-də İrana işgüzar səfəri zamanı Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyan ilə görüşüb. Tərəflər regionda təhlükəsizliklə bağlı məsələləri müzakirə edib və ərazi bütövlüyünə hörmətin zəruriliyini və vacibliyini vurğulayıblar", - bəyanatda deyilir.

Açıqlamada qeyd olunur ki, həmsöhbətlər müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığa toxunub və xüsusilə iqtisadi əməkdaşlığı vurğulayıblar.