Sabah İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından üç il ötür. 

İqtisadiyyat.az xəbər verir ki, Gəncənin ilk dəfə bombalanması nəticəsində 1 mülki şəxs şəhid olub, 32 mülki şəxs isə yaralanıb. Yaşayış evləri ilə yanaşı mülki infrastruktura və qədim tarixi tikililərə də ziyan dəyib.

Həmin vaxt Gəncənin vurulması ilə bağlı əmri Qarabağda separatçıların keçmiş “prezidenti” Araik Arutyunyan şəxsən özü verdiyini etiraf etmişdi.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinə Ermənistan Silahlı Qüvvələri tərəfindən ümumilikdə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. 

Xatırladaq ki, Araik Arutyunyan bu gün saxlanılıb və hazırda Bakıya gətirilir.

Onun Gəncənin vurulması üçün əmr verdiyi barədə etirafını təqdim edirik: