Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə "Viva Desserts" şirniyyat evi arasında məhkəmə çəkişməsi başlayır.

İqtisadiyyat.az xəbər verir ki, şirkət AQTA-nın tərbit etdiyi cərimə protokolu barədə Nəsimi Rayon Məhkəməsinə şikayət edib.

Belə ki, Agentlik şirniyyat evi barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 447.0.3-cü maddəsinə əsasən, cərimə protokolu tərtib edib.

Həmin maddədə deyilir ki, standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

Qərardan narazı olan şirniyyat evinin şikayəti hakim Elməddin Hüseynovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, "Viva Desserts" şirniyyat mağazaları şəbəkəsinin Azərbaycanda filialları mövcuddur.