“Aqrarkredit” QSC bank olmayan kredit təşkilatı (BOKT) fəaliyyətə başladığı 2004-cü ildən bu günə qədər 33 mindən çox hüquqi və fiziki şəxsə təxminən 350 milyon manatdan çox kredit verib. 

Bu barədə BOKT xəbər verir. 

Məlumata görə, bunun 12,1 milyon manatı bu ilin I yarısının payına düşüb. Bu kreditləri 482 sahibkarlıq subyekti alıb. 

Bu il iyulun 1-nə “Aqrarkredit”in kredit portfeli 5 765 sahibkarlıq subyekti üzrə 87,2 milyon manat təşkil edib.report