Antarktidada dəniz buzlarının səviyyəsi bu il qlobal istiləşmə səbəbindən “rekord səviyyədə” əriyib və nəticədə Argentina böyüklüyündə parçalar yox olub.

İqtisadiyyat.az CNN-ə istinadən xəbər verir ki, ABŞ Milli Qar və Buz Məlumat Mərkəzi (NSIDC) Antarktidada bu il dəniz buzlarının əriməsinin son 45 ilin "ən yüksək səviyyəsinə" çatdığını bildirib.

Antarktikada dəniz buzunun hər il qitənin yay aylarının yaşandığı fevralın sonlarına doğru ən aşağı səviyyəsinə çatdığı, qış aylarında isə əvvəlki vəziyyətinə qayıtdığı qeyd edilib. Bildirilib ki, bu il buzun ən aşağı səviyyəsi gözləniləndən çox aşağı olub.

NSIDC-nin məlumatına görə, buzun keçən illə müqayisədə təxminən 1,6 milyon kvadrat kilometr azalaraq 2022-ci ildə ərimə rekordunu qırdığı vurğulanıb.

İyulun ortalarında Antarktidada dəniz buzunun 1981-2010-cu illərin orta səviyyəsindən 2,6 milyon kvadrat kilometr aşağı olduğu, təxminən Argentina ölçüsündə buz parçalarının əridiyi qeydə alınıb. 

Alimlər vurğulayırlar ki, Şimal Qütbündəki dəniz buzları iqlim böhranı səbəbindən durmadan azalır.