Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) milyonlarla manat dəyərində olan yeni texnika və avadanlıqlar alır.

İqtisadiyyat.az xəbər verir ki, buraya xüsusi təyinatlı texnikalar, otbiçən maşın və zəncirli mişarlar, eləcə də müxtəlif növ alət və ləvazimatlar daxildir.

Belə ki, Agentlik 3 ədəd buldozer, 8 ədəd müxtəlif göstəricilərə malik tırtıllı ekskavatorun alışının 3 156 150 manata başa gələcəyini ehtimal edir.

Bundan əlavə, 4 ədəd benzinlə işləyən zəncirli mişar (ağackəsən), 120 ədəd ehtiyat mişarı (benzinlə işləyən zəncirli mişar üçün), 150 ədəd otbiçən maşın (əldə daşınan), 5 ədəd otbiçən maşın (4 təkərli) üçün 30 700 manat ödəniş edilməsi nəzərdə tutulub.

ANAMA-nın alacağı müxtəlif növ alət və ləvazimatların ümumi dəyəri isə 126 500 manat nəzərdə tutulub.