Azərbaycanın Minatəmizlə Agentliyi (ANAMA) yük-sərnişin tipli tam ötürücülü nəqliyyat vasitələri alır.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Agentlik sözügedən nəqliyyat vasitələrindən 70 ədəd sifariş verib.

Həmin nəqliyyat vasitələrinin satışını "Azərmaş Group" MMC həyata keçirəcək.

ANAMA isə buna görə şirkətə 3.605.000 AZN ödəyəcək.