ABŞ-nin Kolorado ştatında 35 yaşlı ana iki uşağını öldürməkdə, daha bir övladını isə yaralamaqda təqsirli bilinir.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, Kimerli Sinqler adlı qadın dekabrın 19-da polisə zəng vuraraq evindən oğurluq edildiyini bildirib.

Kolorado polisi dərhal hadisə yerinə gəlib. Onlar evdə ananı və 11 yaşlı qızının yaralı olduğunu, həmçinin 9 yaşlı qızının və 7 yaşlı oğlunun isə hadisə yerində öldüyünü müəyyənləşdirib. Yaralı ana və qızı xəstəxanaya yerləşdirilib.

Dekabrın 26-da isə araşdırmalardan sonra məlum olub ki, evdə oğurluq barədə ilkin məlumat əsassızdır. Kolorado polisi 35 yaşlı Kimberli Sinqleri iki uşağını qətlə yetirməkdə, üçüncünü isə yaralamaqda təqsirli bilib.

11 yaşlı yaralı qız nəzarətə götürülüb.