Azərbaycan Mərkəzi Bankı (AMB) avtonom (pul siyasətindən kənar) amillərin, xüsusən də dövlət büdcəsindəki profisitlə əlaqədar olaraq hökumət hesabları qalıqlarının artımının bank sistemindəki likvidliyə azaldıcı təsirini nəzərə almaqla sterilizasiya əməliyyatlarının həcmini azaldıb.

İqtisadiyyat.az bu barədə AMB-yə istinadən xəbər verir.

"Pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyindəki dəyişikliklər nəzərə alınmaqla tətbiq edilir. Bu alətlərdən aktiv istifadə pul bazarında orta faizlərin AMB-nin faiz dəhlizi daxilində hərəkətini təmin edir. İyun ayının ötən dövründə 1 günlük təminatsız əməliyyatlar üzrə orta faiz (1D AZIR) 6,75 % (mayda 6,88 %) olmaqla faiz dəhlizinin daxilində uçot dərəcəsinə yaxın formalaşıb", - deyə açıqlamada qeyd olunub.