Almaniyanın müdafiə naziri Boris Pistorius Ukrayna ərazisinə hərbi təlimatçıların göndərilməsinin əleyhinədir.

İqtisadiyyat.az xəbər verir ki, o bunu Ukrayna Silahlı Qüvvələrinin "Patriot" hava hücumundan müdafiə sistemləri ilə işləmək üzrə təlim keçdiyi Almaniyanın şərqindəki poliqona səfəri zamanı bildirib.

Nazirin sözlərinə görə, hələ ki, heç kim ona Ukrayna ərazisində təlim verməyin üstünlüyünün nə olacağını izah edə bilməyib. 

"Görmədiyim əlavə təsir, qoyulmalı olan risk səylərə uyğun gəlmir və buna görə də bu, bizim üçün seçim deyil", - müdafiə naziri qeyd edib.