Almaniya Silahlı Qüvvələri yeni hərbi kadrların cəlb edilməsində ciddi çətinliklər yaşayır.

İqtisadiyyat.az "Deutsche Welle"ye istinadən xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib.

Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Almaniya qoşun toplamaqda çətinliklərlə üzləşir. Nazir bildirilib ki, hazırda Almaniyada hərbi sursat çatışmazlığı yaşanır və 2031-ci ilə qədər ehtiyatları artırmaq üçün 20 milyard avro investisiya lazımdır .

 

Gözəl Həşimova