İsveç və Danimarkada Qurana qarşı edilən hücumlar “fərdi təxribatdır”.

İqtisadiyyat.az xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) Komissiyasının sözçüsü Nəbilə Massralı bildirib.

Aİ-nin üzv dövlətlərin müqəddəs kitablara qarşı zorakılıq hərəkətlərinin qarşısını almaq üçün qanunvericilik tətbiq etmək planının olub-olmaması ilə bağlı suala Massrali belə cavab verib: "Ayrı-ayrı təxribatçıların bu ehtiyatsız hərəkətləri yalnız bizi və cəmiyyətlərimizi parçalamaq istəyənlərin xeyrinədir".

Aİ-nin İsveç və Danimarka ilə daimi əlaqədə olduğunu bildirən Massralı hər iki ölkənin bu hərəkətləri pislədiyini xatırladıb.

Aİ-nin sözügedən hücumları rədd etdiyini vurğulayan Massralı belə davam edib:

"Aİ həmişə aydın ifadə edib ki, irqçilik, ksenofobiya və bununla bağlı dözümsüzlüyün təzahürlərinə Avropada yer yoxdur. Əvvəllər də dediyimiz kimi, bu cür hərəkətlər Aİ-nin üzərində qurulduğu dəyərlərlə bir araya sığmır. Bura dini icmalara hörmət də daxildir".