Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən G20 Liderlər Zirvəsinin son günü başlayarkən, Avropa İttifaqı (Aİ) bir-birinin ardınca mühüm açıqlamalar verib.

İqtisadiyyat.az xəbər verir ki, Avropa İttifaqının bəyanatında G20 Sammitinin bəyannaməsinin son ana qədər dəqiqləşdirilməkdə çətinlik yaşandığı bildirilib.

Açıqlamaya görə, sammit zamanı ən mübahisəli məsələ Ukrayna olub.

Ancaq yekunda G20 ölkələrinin Ukraynanın ərazi bütövlüyü və suverenliyinin qorunması ilə bağlı razılığa gəldiyi vurğulanıb.

G20 sammitindən sonra Rusiyanın daha da təcrid olunduğu vurğulanıb.

Aİ Rusiyanı Qara dəniz taxıl sazişi ilə bağlı açıqlama verməməkdə də ittiham edib.