Avropa Dərman Agentliyi (EMA) ABŞ-ın “Moderna” şirkəti tərəfindən istehsal olunan koronavirusa qarşı peyvənd üçün müvəqqəti qeydiyyat icazəsi verilməsini tövsiyə edib.

TASS-aistinadən xəbər verir ki, bu barədə Avropa tənzimləyicisinin bu gün yaydığı bəyanatda deyilir.

“Bu, EMA tərəfindən təsdiqlənmiş ikinci peyvənddir. O, 18 yaşdan yuxarı insanlar üçün tövsiyə olunur”, - sənəddə deyilir.

Xatırladaq ki, dekbarın 18-də ABŞ-ın Ərzaq və Dərman Administrasiyası (FDA) “Moderna” şirkətinin yeni növ koronavirusa qarşı peyvəndinin qeydiyyata alınması ilə bağlı müraciətini təsdiqləyib.