Ağdam rayonu ərazisində əhalinin içməli su ehtiyaclarının ödənilməsi məqsədilə subartezian quyuları bərpa olunacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə müvafiq qurumlar işlərə başlayıb.

Subartezian quyularının mexaniki üsul ilə qazılması, 100 kv lıq (şkaflı) transformatorun, 10/65/110 su nasosunun quraşdırılması, eləcə də digər zəruri işlər aparılacaq.

Görülən işlərin 228 800 manata başa gələcəyi ehtimal edilir.