Vaşinqton administrasiyası hesab edir ki, İsraillə HƏMAS hərəkatı arasında nəzərdən keçirilən sazişin yeni variantı təkcə Qəzza zolağında müvəqqəti atəşkəsə deyil, həm də daha davamlı razılaşmalara gətirib çıxara bilər. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi onlayn brifinqdə bildirib.

"Düşünürəm ki, başqa bir təklifin, yeni bir təklifin nəzərdən keçirildiyini bilirsiniz. Və biz bunun üzərində irəliləyə biləcəyimizi görmək üçün əlimizdən gələni edirik. Çünki bu, müvəqqəti atəşkəsə gətirib çıxara bilər ki, bu da daha qalıcı bir nəticəyə keçid verə bilər", - Kirbi qeyd edib.