ABŞ-nin “Oracle Advisory Group" təşkilatı Azərbaycanda fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində "exit-poll" keçirəcək.

İqtisadiyyat.az xəbər verir ki, bunu təşkilatın nümayəndəsi George Brinbaum bu gün keçirilən iclasda deyib.

O, Azərbaycanda 2013-cü ildən etibarən prezident seçkilərində təmsil etdiyi təşkilatın "exit-poll" keçirdiyini xatırladıb:

"Bu, ilk seçkidir ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü təmin olunduqdan sonra iştirak edirik".

Qeyd edək ki, ABŞ-ın “Oracle Advisory Group" təşkilatı və “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası” Azərbaycanda seçki mühitinin ölçülməsi məqsədilə sosioloji sorğu keçirib. Sorğunun nəticələri yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.

ABŞ-ın “Oracle Advisory Group" təşkilatı və “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”  fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində "exit-poll” keçirmək üçün Mərkəzi Seşki Komissiyasından (MSK) akkreditasiyadan keçib.

Sadiq Cavadov