ABŞ-nin Azərbaycana yeni təyin olunmuş səfiri Mark Libbi (Mark Libby) Azərbaycanda səfir kimi rəsmi işinə başlamaqdan şərəf duyduğunu bildirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə səfirliyin "X" hesbaında paylaşım edilib.

“Mən ABŞ-nin Azərbaycandakı səfiri kimi rəsmi işimə başlamaqdan şərəf duyuram. Mən Azərbaycanı kəşf etməyi, Azərbaycan xalqı ilə görüşməyi və ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi üçün çalışmağı səbirsizliklə gözləyirəm”,-əlavə edilib.

Qeyd edək ki, bu gün Mark Libbi etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.