ABŞ Olimpiya Komitəsi (USOPC) rusları 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarında iştirak etməyə çağırıb.

Bu barədə təşkilatın rəhbəri Suzanna Lyons “The Wall Street Journal”a məlumat verib.

"Bunu başa düşmək çətin ola bilər, amma rusların xaric edilməsi bizi geriyə salır, onların qayıdışı Olimpiya hərəkatı üçün həqiqətən vacibdir."

Lyons daha sonra bildirib ki, ABŞ-ın ukraynalı idmançılara dəstəyi davam etdiriləcək, lakin rusların yarışlara qaytarılması zəruridir.

Qeyd edək ki, fevralın sonunda bir çox idman təşkilatları BOK-un tövsiyəsi ilə rusların yarışmasına icazə vermədi. Futbol, ​​xokkey, atletika və fiqurlu konkisürmə kimi bəzi növlərdə idmançıların fəaliyyəti tamamilə dayandırılıb.